"Azərbaycan mətbuatının uzun illərdən bəri əsas qayəsi cəhalətə və xurafata qarşı mübarizə aparmaq olub".
Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Şamaxıda keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda konfransın açılış mərasimində deyib.
O qeyd edib ki, dini qurum nümayəndələri ilə bu mövzu ətrafında toplaşmaq çox böyük əhəmiyyət daşıyır.
"Şamaxıya qısa müddətlik gəlsək də, buranın ab-havası, ruhani iqlimi bizi tərk etməyəcək", - deyə R.Məcid bildirib.
Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan Oxu.Az, Report.az, Caliber.az, Media.az, Baku.ws və PhotoStock.az saytları, Baku TV telekanalıdır.
Əzizə İsmayılova