Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyanın Bakıdakı yeni səfirinin ilk bəyanatı – FOTO
Azərbaycanda İlham Əliyev, Rusiyada isə Vladimir Putinin növbəti müddətə prezident seçilməsi, Bakı və Moskva arasındakı münasibətlərin stabilliyinə cavab verir.
Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov Rusiya günü münasibəti ilə keçirilən tədbirdə etdiyi çıxışda bildirib.
“Hər iki dövlət başçısının yeni müddətə prezident seçilməsi çox yaxşı oldu. Bu bizim münasibətlərdə stabilliyə cavab verəcək”, - deyə M.Boçarnikov rəsmi qəbulda qeyd edib.
Onun sözlərinə görə, tərəflər iqtisadiyyat sahəsində “irəli addım atmağa” hazırdır.
“Biz ticarət dövriyyəsini artırmaq, sənaye, nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik”, -deyə səfir bildirib.
Əli Məmmədov
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?