Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Stiv Uitkoff: "Azərbaycan Avraam razılaşmalarına qoşula bilər"
Azərbaycan tezliklə Avraam razılaşmalarına qoşula biləcək ölkələr arasındadır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff "Breitbart" nəşrinə müsahibəsində bildirib.
Onun fikrincə, yaxın bir neçə ay ərzində bu sazişə dörd-altı ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər.
"Mənim proqnozum ondan ibarətdir ki, biz nisbətən tezliklə Livanda və hətta Suriyada normallaşma potensialını görəcəyik. Bu, Liviya ilə də baş verə bilər. Mən ölkələrin Avraam razılaşmalarına qoşulmağından danışıram, bu, Azərbaycan və Ermənistanla da baş verə bilər", - deyə o qeyd edib.
Uitkoff vurğulayıb ki, Azərbaycan və Ermənistan münaqişənin həllinə yaxındır.
Qeyd edək ki, Avraam razılaşmalarına görə, İsrail İordan çayının qərb sahilini özünə birləşdirmək niyyətindən vaz keçir, ərəb dövlətləri Təl-Əvivlə diplomatik münasibətlər qurmaqla həm İsrailə, həm də özlərinə qarşı yönəlmiş Tehran təhlükəsini neytrallaşdırmış olurlar, əvəzində ABŞ-dən böyük siyasi və iqtisadi güzəştlər əldə edirlər və bu çərçivədə müstəqil Fələstin dövlətinin də yaranmasının yolu açılır.
"Stiv Uitkoff" teqi üzrə xəbərlər
- Uitkoff: "Tramp həm ABŞ prezidenti, həm də İsrail baş naziri ola bilər"
- ABŞ-nin xüsusi nümayəndəsi Uitkoffun atəşkəs planı açıqlandı - 13 bənddən ibarətdir
- HƏMAS-dan gözlənilməz qərar: ABŞ-nin təklifi rədd edildi
- Tramp nüvə sazişinin İrana təqdim edildiyini təsdiqləyib
- Trampın xüsusi nümayəndəsindən etiraf: "Beynəlxalq münaqişələr barədə sənədli filmlərdən öyrənmişəm"