Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Tramp: "ABŞ Qəzzanı satın ala bilər"](https://images.oxu.az/2025/02/10/kcDbUpcRKs0tWiG2fDOvqxjVxVbkaz8a92PRg6qa:1200.webp)
Tramp: "ABŞ Qəzzanı satın ala bilər"
Birləşmiş Ştatlar Qəzza zolağını satın ala, onun üzərində nəzarət qura və sonra ərəb ölkələrinin köməyi ilə bərpa edə bilər.
Oxu.Az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz təyyarəsində jurnalistlərlə söhbətləşərkən deyib.
"Mən Qəzza zolağını satın almaq və ona sahib olmaq ideyasına sadiqəm. Qəzzanın bizim gücümüzlə bərpasına gəldikdə, Yaxın Şərqin başqa ölkələrinə onun hansısa hissələrini tikmək imkanı verə bilərik. Başqa insanlar bunu himayəmiz altında edə bilərlər", - deyə o bildirib.
Ağ Ev rəhbərinin fikrincə, ərəb ölkələri ABŞ ilə danışıqlardan sonra Qəzza sakinlərini qəbul edərək yerləşdirəcəklər.
ABŞ Prezidenti Donald Trump fələstinlilərin İsrail ilə münaqişənin başa çatmasından sonra Qəzza zolağına qayıtmalarının səhv olacağını iddia edir.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bunu öz təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.
"Məncə, fələstinlilərə, Qəzza sakinlərinə qayıtmağa icazə vermək böyük səhvdir. HƏMAS-ın qayıtmasını istəmirik. Mən bu barədə böyük daşınmaz əmlak obyekti haqqında düşündüyüm kimi düşünürəm. Yaxın Şərqə sabitlik gətirəcəyik" , - deyə D.Tramp bildirib.
Birləşmiş Ştatların lideri əlavə edib ki, Qəzza zolağı tamamilə dağılıb, bu yer qaydaya salınacaq.