Oxu.Az Azərbaycanın xarici siyasət üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə ilə müsahibəni təqdim edir:
- Rusiyanın yüksək rütbəli məmurları – XİN S.Lavrov və vitse-prezident D.Roqozinin bu həftə Bakıda baş tutan səfərlərinin çoxu Azərbaycanı Gömrük və Avrasiya İttifaqına daxil olmaq üçün razılaşdırmağa cəhd kimi qiymətləndirilir. Əgər bu həqiqətən də belədirsə, bizim ölkənin bu qurumlara daxil olması nə dərəcədə mümkündür?
- Mən bu təşkilatları könüllü birliklər hesab etmirəm. Elə Rusiya Federasiyasını və keçmiş SSRİ-ni də könüllü ittifaq hesab etmirəm. Hətta MDB-ni də!!! Bu təşkilat heç kimə təzyiq etmədiyi və ittifaq kimi fəaliyyət göstərmədiyi üçün mövcuddur.
Ona görə də Gömrük İttifaqı Rusiya və Azərbaycanın iqtisadi görüşlərini ifadə etsəydi, o zaman biz ora daxil ola bilərdik. Amma əgər Gömrük İttifaqı Avropa İttifaqı və NATO-ya əks olaraq yaradılıbsa, bizim orada işimiz yoxdur. Elə Nazarbayevin də orada işi yoxdur. Mən hələ Rusiyanın ayrılmaz hissəsi hesab etdiyim Ermənistanı demirəm.
- Bu səfərlər zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib ki, Rusiya Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməklə çox şey əldə edə bilər. Bu “çox şey” Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını nəzərdə tuta bilərmi?
- Hər şeydən öncə Rusiya problemi bizim xeyrimizə həll edə bilməz. Buna görə də Araz Əzimovun bəyanatını deklarasiya kimi qəbul edirəm. Bu, Rusiyanın ifşa edilməsinə yönəlmiş deklarasiyadır. Moskva öz strategiyasına görə bunu edə bilməz. Ona görə də biz deyirik ki, əgər siz biz istəyəni etsəniz, qarşılıqlı kompromisə ümid edə bilərsiniz. Amma əgər siz bunu etməsəniz biz də müvafiq şəkildə hərəkət edəcəyik.
Lavrov isə dəqiq deyib ki, Qarabağ məsələsi – bu, Minsk qrupunun işidir və Rusiya-Azərbaycan münasibətlərinə aidiyyatı yoxdur. Ona görə də Rusiyanın münaqişəni tənzimləmək üçün nə isə edə bilməyəcəyindən əmin olduğumuz halda A.Əzimovun etdiyi bəyanatları cəsarətlə etmək olar, biz isə Rusiyanın istədiklərini etməyəcəyik.
- Bununla yanaşı, Qarabağ üzrə ekspert Tom de Vaal hesab edir ki, münaqişənin həllində Rusiyanın imkanlarını yüksək qiymətləndirmək lazım deyil. Bu həqiqətən də belədir?
- Rusiya 1990-cı illərdə çox şey edə bilərdi. Zaman keçdikcə Ermənistanı idarə etmək çətinləşir, baxmayaraq ki, o, tamamən Rusiyanın nəzarəti altındadır. Yəni Ermənistan üçün qeyri populyar olan qərarlar bu ölkədə güclü antirusiya dalğası yaradaraq, Moskva və İrəvan arasında əlaqələrin tamamən qırılmasına gətirib çıxarar. Bu baxımdan Vaal hardasa haqlıdır.
İndi Rusiya özü Ermənistanda işğal edilmiş ərazilərin, “azad” edilmiş keçmiş erməni əraziləri olduğu kimi xəstə anlayışın yaranmasına səbəb olub. Rusiya bu əhval-ruhiyyənin yaranmasına qarşı heç bir şey etməyib. Bəlkə birdən Rusiya “işğal edilmiş bütün əraziləri qaytarın” deyər. Bunun ardınca nəyin gələcəyi məlum deyil. S.Sarkisyanın vəziyyəti bunsuz da rahat deyil. O, zatən Rusiya “kukla”sı olduğu üçün populyar deyil. Bu həqiqətən də Rusiyanın gücü xaricində ola bilər.
- Amma İrəvanda Rusiyanın Azərbaycana qarşı son addımlarına qəzəbləniblər. Ermənilər Rusiyanın Azərbaycana silah satmasını, ölkəmizin adının “Cənubi Qafqazda strateji partnyor” kimi çəkilməsini və hətta, RF-nin yüksək vəzifəli məmurlarının Bakıya səfərini də xatırladıblar.
- Mən bunu anlamıram. Azərbaycana hər zaman Rusiyanın yüksək səviyyəli məmurları, o cümlədən dövlət başçısı səfər edib. Əvvəllər də Rusiyadan Azərbaycana kimlər gəlməmişdi. Bəs onda niyə bu erməniləri belə qıcıqlandırmırdı?
Rusiya hər zaman silah satıb. Bizə satılan silah ermənilər üçün zəmanətdir, axı Moskva həm bizə, həm də onlara silah satır. Hesab edirəm ki, bütün bunlar sadəcə qurmadır. Ermənilər çox gözəl başa düşürlər ki, Rusiya Azərbaycanı Ermənistanın olduğu səviyyədə görmək istəyir.
Nəyə görə ermənilər Rusiyanın işğal edilmiş ərazilərini ermənilərdə saxlayaraq və Azərbaycanı Gömrük Komitəsinə cəlb etdiyi, ermənilərin Azərbaycanın neft və qazını aldığı bir ssenariyə qarşı olmalıdırlar? Ermənistan bundan ziyan görür ki? Ona görə də bütün bunlar qurmadır.
F.H.
www.oxu.az