“Arena Da Bayşada” stadionunda “E” qrupunun ikinci turunun ikinci oyununda Ekvador yığması ilə Honduras qarşılaşdı.
Oxu.Az xəbər verir ki, ilk qol ekvadorluların qapısına vuruldu. Mərkəz müdafiəçilərinin kobud səhvindən sonra Karlos Kostli təxminən 12 metrlik məsafədə qüvvətli zərbə ilə topu qapının sol aşağı küncünə göndərdi.
Ekvadorlıların cavabı isə özünü çox gözlətmədi. Enner Valensiya 34-cü dəqiqədə bərabərlik qolunu vurdu.
65-ci dəqiqədə isə elə həmin Valensiya komandasına qələbə qazandıran qolu vurdu. Ayovinin cərimə zərbəsindən sonra, Enner başla topu qapı xəttindən keçirdi, 2:1.
Ekvador ilk 3 xalını qazandı və İsveçrə yığması ilə xallarını bərabərləşdirdi.