Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyaya səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 20-də müdafiə naziri Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.