Azərbaycanın xalq artisti, muğam ustası Alim Qasımovun oğlu Qadirin oğlu dünyaya gəlib.
Oxu.Az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Alim Qasımov müsahibə verərək çox xoşbəxt olduğunu bildirib:
“Biz uzun illər idi ki, bu uşağı gözəyirdik. 10 ildir evli olan cütlüyün nəhayət ki, övladı dünyaya gəldi. Allah bütün gənclərimizə qismət eləsin! Qoy bu uşaq oğlumun evinə böyük səadət, uğur və firavanlıq gətirsin.
İnanın ki, bizdən çox, bütün qohum-əqraba, tanışlar sevinirlər. On ildir ki, gözümüz yolda idi, nəhayət, bu xoş günü də gördük”.
Adının nə olacağını soruşduqda Alim bəy:
“Səhv etmirəmsə, mənim adımı veriblər nəvəmə”, - deyib.