27 
Avq
2018
12:15
324
22
8120
Virtual karabakh

İki sponsor və Milli Məclis sığınacaqdakı qızın ödənişini üzərinə götürdü

27 Avq, 2018
12:15
8120

İki sponsor və Milli Məclis sığınacaqdakı qızın ödənişini üzərinə götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın reportajından sonra sığınacaqda qalan və ali məktəbə ödənişli əsaslarla daxil olan Darida Usovanın təhsil haqqını ödəmək istəyən şəxslər tapılıb. 

Bununla bağlı Oxu.Az-a qızın bir neçə ildir yaşadığı “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. 

Qeyd edək ki, Usova Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. O, təhsil alması üçün illik 1800 manat ödəməli idi. 

Daridanın valideynləri olduğu üçün yetim sayılmır və qanunla o, təhsil haqqından azad edilə bilməz. 

“Biz nə edəcəyimizi bilmirdik. O, çox istedadlı və ağıllı qızdır. İstəmirdik ki, pula görə o, universitetdə oxuya bilməsin. Biz müxtəlif dövlət strukturlarına müraciət etdik. Lakin bunlar əbəs oldu.

Sonra Oxu.Az saytınızda Darida ilə bağlı material dərc edildi. Məqalədən sonra sığınacağa çoxlu zənglər daxil oldu. Hər kəs Daridaya kömək etmək istəyirdi. Nəyahət, bir neçə gün əvvəl müxtəlif özəl təşkilatlar qızımızın iki illik təhsil xərcini üzərinə götürdü”, - Zeynalova deyib. 

O qeyd edib ki, ən sevindirici xəbəri isə bu gün aldıq. 

“Milli Məclisdən zəng gəldi və dedilər ki, onlara Darida Usovanın problemləri haqqında rəsmi sorğu göndərək. Vəd etdilər ki, qalan iki ildə təhsil haqqını Milli Məclis üzərinə götürəcək”, - sığınacaq direktoru əlavə edib. 

Sujetimizin sonunda yazmışdıq ki, əgər hər birimiz ona kömək etməyə çalışsaq, bunu bacararıq - kimsə bu məqaləni çap etsə, kimsə sosial şəbəkədə paylaşsa, məqsədimizə çatacağıq və Darida təhsil aıacaq.

Belə çıxır ki, biz bunu bacardıq. Necə deyərlər, dünyada xeyirxah insanlar var. 

Oxu.Az-ın redaksiyası bundan sonra da Daridanın təhsili ilə maraqlanacaq...

Ə.Ş.
VİDEO: YeniAvaz
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri