14 
Dek
2018
16:03
165
64
15353
Virtual karabakh

Dekabrın ikinci yarısında temperatur kəskin enəcək - AÇIQLAMA

14 Dek, 2018
16:03
15353

Dekabrın ikinci yarısında temperatur kəskin enəcək - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. 

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, iqlim dəyişmələri tək birbaşa təsirlə deyil, dolayısı təsirlərlə özünü daha  çox büruzə verir:

“Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, minimal temperaturların maksimal temperaturlarla müqayisədə yüksəlmə tempi daha çoxdur. Soyuq günlərin sayı azalır, isti günlərin sayı artmaqdadır.  

Azərbaycanda çoxillik məlumatların təhlili göstərir ki, havanın minimal temperaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə azalıb, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə azalıb.

Dekabr ayında müşahidə olunan bu azalma yalnız bir il - 2002-ci ilin hesabına olub, 2002-ci ildə orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb. Və həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında ümumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır. 

Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil”.

Direktor bildirib ki, dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub:

“Yağıntının miqdarı isə iqlim normasının cəmi 33-48 faizini təşkil edib. İlkin proqnozlara görə, ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq. Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq. 

Belə ki, ayın 16-da gündüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin aşağı enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək. Üçüncü ongünlükdə bəzi günlərdə yağıntıların intensiv olacağı ehtimal olunur. 

Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı enəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır”.

“Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək”, - deyə Umayra Tağıyeva qeyd edib.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri