19 
Fev
2019
14:36
40
147
3271
Virtual karabakh

Nazirlik qəzalı məktəbə görə qurumlara müraciət etdi - FOTO

19 Fev, 2019
14:36
3271

Nazirlik qəzalı məktəbə görə qurumlara müraciət etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda qəzalı vəziyyətdə olan məktəblə bağlı aidiyyəti qurumlara müraciət olunub.

Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilir ki, Cəlilabad rayonu Muğan kənd orta məktəbində təhsil prosesi davam etməkdədir:

“Şagirdlər təxliyyə edilməyib. Hazırda məktəb qəzalı vəziyyətdədir. Təhsil ocağının təmir olunması 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramına salınıb, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub”.

Qeyd edək ki, Cəlilabad rayon Muğan kənd orta məktəbinin qəzalı vəziyyətdə olması barədə mətbuatda məlumat yayılıb. Məktəbin müəllimləri və valideynlər təhsil ocağının təmiri üçün Təhsil Nazirliyindən kömək istəyiblər.  

 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri