Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İmtahandan yüksək bal yığan məntiq müəllimi: Hazırlaşmadan getmişdim
Fevralın 24-də keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsində ən yüksək nəticəni Tural Əhmədov və Rəhman Mustafayev göstərib.
Yüksək bal toplayanlardan biri - Tural Əhmədov imtahanla bağlı təəssüratlarını Oxu.Az-la bölüşüb.
Bildirib ki, hədəfi 100 bal toplamaq olub:
“Mən magistraturaya 2017-ci ildə hazırlaşmışam. Yəni builki imtahana hazırlaşmadan girdim. Hədəfim 100 bal idi, amma bildiyim suallarda diqqət səhvi etdiyim üçün qismət olmadı və 96 bal yığdım. Azərbaycan Dövlət İqtisad Universitetini seçdim, hazırda UNEC-də maliyyə üzrə magistraturanın ikinci kursunda təhsil alıram. Bu il imtahana hazırlaşmadan girmişəm. 2017-ci ildə çəkdiyim əziyyət yerdə qalmadı”.
Tural Əhmədov bildirib ki, məntiq müəllimi olması nəyisə dəyişmir:
“Sosial şəbəkələrdə yazılarda gördüm, bəzi insanlar deyir ki, məntiq müəllimidir, bu qədər bal toplamasında qeyri-adi heç nə yoxdur. Daha ətraflı düşünəndə isə öz fənnim bir kənara, iki il əvvəl hazırlaşdığım informatika və xarici dil fənlərindən 25 sualdan 24 nəticə göstərmək, məncə, çox da xor görüləcək bir şey deyil.
Bu il də hədəfim 100 idi, etdiyim üç diqqət səhvinə görə hədəfimə nail ola bilmədim, amma mənə inanan və ya inanmayan hər kəsin fikrindəki sualları cavablandırdım. Mənə kömək edən müəllimlərə təşəkkür edirəm. Bu uğur təkcə mənim yox, həm də onların əziyətinin qarşılığıdır”.
İlhamə Əbülfət
Rəylər