Mar
2019
12:19
33
226
7017
Virtual karabakh

Üç əsrə şahidlik edən tikili: xan ailəsinin yaşadığı ev dağılmaq üzrədir - VİDEO

9 Mar, 2019
12:19
7017

Üç əsrə şahidlik edən tikili: xan ailəsinin yaşadığı ev dağılmaq üzrədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada üç əsrə şahidlik edən ev dağılmaq təhlükəsi ilə üz-üzədir. Özü də bu, adi yaşayış evi deyil, tarixi əhəmiyyəti olan tikilidir.

Çiy kərpicdən tikilən ev rayonun Pensər kəndində yerləşir. 1836-cı ildə Talış xanı Mir Mustafa xanın baş vəziri Mirzə Xudaverdibəy tərəfindən inşa edilib. Mirzə Xudaverdibəy 30 il müddətində bu vəzifədə qala bilib. Onun oğlu Mirzə Əhməd tərəfindən yazılan və Talış xanlığından bəhs edən “Əxbarnamə” kitabı da məhz bu evdə qələmə alınıb. 

İndi sözügedən qədim evdə Mirzə Xudaverdibəyin nəticəsi, mərhum Məmməd Əhmədovun ailəsi yaşayır. Hazırda 75 yaşlı Nəzakət nənə, onun iki qızı, oğlu, gəlini və iki azyaşlı nəvəsi bu evin sakinləridir.

1959-cu ildə ailəyə gəlin köçən Nəzakət Mahmudovanın sözlərinə görə, XX əsrin əvvəllərində evləri bolşevik-erməni quldur dəstələri tərəfindən qarət olunub. Pensər çayının daşması nəticəsində isə evin bir hissəsi qəzalı vəziyyətə düşüb. 

Dam örtüyü tamamilə yararsızdır, kirəmitdən olan örtüklər sökülüb. Evin damını saxlayan dirəklər demək olar ki, dağılıb. Belə bir xoşagəlməz vəziyyət ailə üzvlərini narahat edir. Mirzə Xudaverdibəy və onun oğlu Mirzə Əhməd yaşadığı dövrün tanınmış ziyalısı, dövlət xadimləri olublar. Onlardan yadigar qalan və tarixi abidə kimi qorunan bu ev əsaslı təmir olunmasa, tamamilə dağılacaq. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri