Apr
2019
10:37
143
37
2632
Virtual karabakh

Dörd ölkədə Azərbaycanın turizm nümayəndəliyi açılacaq

4 Apr, 2019
10:37
2632

Dörd ölkədə Azərbaycanın turizm nümayəndəliyi açılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın zamanda Böyük Britaniya, Fransa, İran, Cənubi Koreyada Azərbaycanın daimi turizm nümayəndəliyinin açılması planlaşdırılır. 

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində XVIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən bir il ərzində ölkənin turizm potensialının beynəlxalq auditoriyaya tanıdılması istiqamətində bir sıra addımlar atılıb:

“2018-ci ilin sonundan etibarən Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Hindistanda, Çində, Almaniyada altı daimi turizm nümayəndəliyi fəaliyyətdədir. 2018-ci ildən başlayaraq müxtəlif beynəlxalq sərgilərdə və tədbirlərdə təmsil olunuruq. 

Əlbəttə, bu proses daimi olaraq davam edəcək. Məqsəd ölkənin turizm potensialı haqqında daha geniş auditoriyaya məlumat çatdırmaq, yeni hədəf bazarlardan daha çox turist cəlb etməkdir”.

“Hesab edirik ki, ölkənin yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək. Bunun üçün ilk növbədə əvvəlki illərdə görülən işlər yenidən nəzərdən keçirilərək sistemləşdirilir. Həmçinin, biznes qurumları və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqə yaradılması vacibdir”, - deyə sədr qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri