19 
May
2019
01:46
253
14
3338
Virtual karabakh

Rəsul Rzanın anadan olmasının 109-cu ildönümü - FOTO

19 May, 2019
01:46
3338

Rəsul Rzanın anadan olmasının 109-cu ildönümü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan tarixən yazıçı və şairləri ilə dünyada tanınıb.

Oxu.Az xəbər verir ki, belə şairlərdən biri xalq şairi Rəsul Rzadır.

Bu gün şairin anadan olmasının 109-cu ildönümüdür. R.Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində maarifpərvər ailədə dünyaya gəlib. Bu münasibətlə onun ev muzeyi ziyarət edilib.

Muzeyin direktoru Solmaz Həsənova bildirib ki, digər muzeylər kimi xalq şairi Rəsul Rzanın ev muzeyi əşyaların mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir. Eksponatların əksər hissəsi Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanılıb.

Muzeyin bələdçisi Gülnar Ağayeva isə qeyd edib ki, muzeydə 449 eksponat nümayiş olunur.

Birinci zalda muzeyin yaranma tarixi haqqında əmr və sərəncamlar, fəxri fərmanlar, diplomlar, R.Rza haqqında ümumi məlumat yer alıb. İkinci zalda şairin uşaqlıq və gənclik illərinə aid foto materiallar, R.Rzaya aid şəxsi əşyalar, Nigar Rəfibəyliyə aid foto stend, şairin şeirlərindən ibarət parçalar, ona məxsus pianino nümayiş olunur.

Üçüncü zal isə şairin yaradıcılıq otağıdır. Otaqda şairin şəxsi əşyaları, ov tüfəngi və bunlarla yanaşı, anası Məryəm xanıma aid məişət əşyaları, fotostendlər, kitablar və s. nümayiş olunur. Sonuncu yəni, dördüncü zalda R.Rza və N.Rəfibəyliyə məxsus məişət əşyaları, suvenirlər, lampalar, çay dəsti, gül qabları, stolüstü saat, tüfəng, trümo, R.Rzanın ailəsi ilə olan foto şəkillər nümayiş etdirilməklə bərabər, N.Rəfibəylinin cehizlik xalçası qiymətli eksponatlar kimi qorunub saxlanılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri