Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dağıdılan səkkiz min illik abidə: qeydiyyatda deyil, nəzarət olunmur
Ağstafada səkkiz min illik tarixi abidənin dağıdılması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır.
Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, abidənin ərazisinin dağıdılması ilə bağlı aparılan araşdırmalardan sonra müvafiq qaydada addımlar atılacaq:
“Qeyd edim ki, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb. Ona görə də həmin ərazi diqqətdən kənarda qalıb, yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb”.
Qeyd edək ki, Ağstafada səkkiz min il tarixi olan, Qafqazda ən qədim arxeoloji qazıntı sahəsi dağıdılıb. Ərazidə tapılan maddi mədəniyyət nümunələrinin tədqiqindən sonra bəlli olub ki, qədim yaşayış sahəsi Neolit dövrünə aiddir.
İlhamə Əbülfət