19 
Avq
2019
11:35
138
15
4163
Virtual karabakh

"Azərsu" ASC-nin məsul işçisi cərimələndi

19 Avq, 2019
11:35
4163

"Azərsu" ASC-nin məsul işçisi cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bağlar Sukanal idarəsinin məsul işçisi cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə nazirlik əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində reyd keçirilib.

Reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.

Faktla bağlı "Azərsu" ASC-nin Bağlar Sukanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar Sukanal idarəsinə icrası məcburi göstəriş  verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri