Sen
2019
15:58
99
244
33358
Virtual karabakh

Eyvazovdan yeni - TƏYİNATLAR

4 Sen, 2019
15:58
33358

Eyvazovdan yeni - TƏYİNATLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub. 

Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.

Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri