Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputatdan onkoloji xəstələrlə bağlı təklif - Apteklərdə bu dərmanların satışına icazə verilsin
Onkoloji xəstələrin müalicəsi ilə bağlı maliyyə problemləri var.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Musa Quliyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı Maliyyə Nazirliyinə təkliflər vermək lazımdır.
M.Quliyev deyib ki, ötən il Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün büdcədən 30 milyon manat ayrılıb.
Bununla belə, komitə üzvü əlavə edib ki, Azərbaycanda ildən-ilə onkoloji xəstələrin sayı artır.
“Buna görə də, ayrılan vəsaitin məbləği artırılmalıdır”, - deyə M.Quliyev bildirib.
Deputat onu da təklif edib ki, onkoloji xəstələrin müalicəsi üçün apteklərdə bəzi dərmanların satışına icazə verilməlidir.
Aqşin Kərimov
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- "ƏDV dələduzluğu" ilə 1,2 milyon manat mənimsənildi
- Neft məhsullarının ölkə ərazisində daşınması xərcləri ilə bağlı qaydalar dəyişdirilir
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Hesablama Palatası Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində nöqsanlar aşkar edib
Rəylər