21 
Noy
2019
17:25
276
64
10067
Virtual karabakh

Milli Məclis yeni ombudsman seçəcək

21 Noy, 2019
17:25
10067

Milli Məclis yeni ombudsman seçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yeni Ombudsmanın seçilməsi məsələsinə baxılacaq. 

Bu barədə Oxu.Az-a Komitənin üzvü Tahir Kərimli məlumat verib.

Deputat bildirib ki, üç xanımın namizədliyi irəli sürülüb. 

Həmin namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyevadır.

Ombudsmanlığa digər namizəd Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyevadır.

Digər namizəd isə Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.  

Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

“İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil yeddi il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. 

Yalnız Ombudsmanın yerinə yeni namizəd verilmədikdə o, öz vəzifəsində qala bilir. Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir.

Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də Ombudsman vəzifəsində qalır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri