10 
Dek
2019
16:41
42
316
5531
Virtual karabakh

Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO

10 Dek, 2019
16:41
5531

Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində yol çöküb.

Oxu.Az xəbər verir ki, söhbət şəhərin “Dejurnu” adlanan ərazisində, Kamran Hüseynov küçəsindən gedir.

Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib, piyadaların ehtiyatlı olması üçün xəbərdarlıq edilib.

İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb.

Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq dördüncü dəfədir baş verir. Daha əvvəl isə həmin küçədə çökən ərazidən bir neçə metr irəlidəki hissə çökmüşdü. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, bu, çökmənin qarşısını ala bilmir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri