“Koronavirus pandemiyası dövründə Azərbaycanda fəaliyyət göstərən dini icmaların heç birində dini ayinin kütləvi və toplu şəkildə keçirilməsini təkid edəcək çağırış edilməyib”.
Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni” TV-nin canlı yayımında bildirib.
O qeyd edib ki, çağırış tipli müraciətlər də qeydə alınmayıb:
“İnsanlar tələblərə əməl edirlər. Ramazan ayı müddətində ziddiyyətli, narazılıq yaradacaq vəziyyət ortaya çıxmayıb:
“Bu günə qədər əhəmiyyət daşımayan faktın qeydə alınması mümkündür”.
M.Qurbanlı əlavə edib ki, ölkədə verilən fətvaya qarşı hər hansı hərəkətlər müşahidə edilməyib.
İlhamə Əbülfət
Rəylər