Daha bir TƏBİB rəsmisinin ailə üzvləri arasında koronavirusa yoluxma faktı qeydə alınıb.
Bu barədə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-ın sorğusunu cavablandırarkən qeyd edib.
O bildirib ki, təəssüf ki, COVID-19 onun da ailə üzvlərindən yan keçməyib:
“Ötən gün anamdan COVID-19-a görə götürülən test nəticələrinin cavabı pozitiv (müsbət) çıxıb. Artıq pandemiya üzrə xəstəxanada müalicəsini davam etdirir. Mən onlarla birlikdə qalmıram, yaxın ünsiyyətim olmayıb. Amma onun yaxın ünsiyyətdə olduğu digər ailə üzvlərimizdən də koronavirus testi götürülüb”.
Xatırladaq ki, ötən gün TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı yaxın qohumları arasında koronavirusa yoluxan şəxslərin olduğunu qeyd etmişdi.
Könül Cəfərli
Rəylər