Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu
Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov koronavirusa yoluxub.
Bu barədə Oxu.Az-a S.Məmmədovun özü məlumat verib:
“İyunun 22-də özümdə simptomları hiss etdim. Həmin gün də test verdim və pozitiv çıxdı.
Hazırda evdəyəm. Bu gün Ağdaşdakı xəstəxanaya yerləşdiriləcəyəm”.
60 yaşlı müdir ailə üzvlərinin test verdiyini və onlarda testin nəticəsinin pozitiv çıxmadığını da bildirib.
Qeyd edək ki, Sahib Məmmədov 2013-cü ilin fevralından Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiridir.
Səbuhi Musayev
"Ağdaş" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər