Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda daha bir xəstəxanada 24 tibb işçisi koronavirusa yoluxdu - VİDEO
“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlanıb.
ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, klinikada bu günə qədər 24 tibb işçisi koronavirusa yoluxub:
“Buraya həkimlər, rezidentlər, tibb işçiləri daxildir. Onlardan artıq sağalıb evə gedənlər də, iş başına qayıdanlar da var”.
“Hazırda klinikada müalicəsi davam etdirilənlər var, vəziyyətləri normaldır”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub.
Rəylər