10 
İyl
2020
18:31
28
414
4164
Virtual karabakh

Hikmət Hacıyev TƏBİB və Səhiyyə Nazirliyi arasındakı iş bölgüsündən danışdı

“Azərbaycanda koronavirusa qarşı mübarizədə bütün dövlət strukturlarının fəaliyyəti qarşılıqlı əlaqə şəraitində həyata keçirilir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, TƏBİB və Səhiyyə Nazirliyi arasında aparılan əmək bölgüsü xüsusi olaraq tənzimlənir:

“Azərbaycanda səhiyyə sistemində islahatların aparılması nəzərdə tutulurdu. Koronavirus müharibəsi səbəbindən TƏBİB və Səhiyyə Nazirliyi arasında təhvil-təslim, səlahiyyətlərin bölgüsü başlasa da, tam başa çatmayıb.

Ona görə də hər iki qurumun birgə fəaliyyəti təşkil olunur. Məqsəd koronavirusa qarşı mübarizənin effektiv aparılmasıdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri