Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
70-ə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya daha yüngül rejimli müəssisəyə keçirilib
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmana əsasən, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq bu il mayın 1-də qəbul olunmuş qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılıb, zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub.
Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar nazirlik tərəfindən yeni Qanunun tətbiqinin təmin edilməsi məqsədilə artıq 600 məhkumun işləri öyrənilib və onların qanunun təsiri altına düşməsi təhlil edilib.
COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin elan olunduğu indiki dövrdə bu innovasiyanın tətbiqi xüsusi əhəmiyyət kəsb etməklə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və əlçatanlığın asanlaşdırılmasına, tərəflərin təhlükəsizliyinin və məsafədən dindirilməsinin təmin olunmasına, əlavə vaxt itkisinin və xərclərin, süründürməçiliyin qarşısının alınmasına xidmət edir.
15 iyuldan yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal zəruri tədbirlər görülüb və məhkəmələrin karantin rejiminə uyğun fəaliyyət göstərməsi nəzərə alınaraq iyulun 16-dan cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.
Nazirliyin vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Komissiyasının rəyləri nəzərə alınmaqla göndərdiyi təqdimatlara məhkəmələr tərəfindən təxirəsalınmadan onlayn qaydada baxılaraq, 70 nəfərə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya daha yüngül rejimli müəssisəyə keçirilib.
Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsinə dair yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı təqdimatlara baxılaraq artıq 130 nəfərə yaxın şəxs müxtəlif cəzadan azad olunub və ya cəzası azaldılıb.
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər