Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “ASAN Radio” ilə birgə yeni layihəyə start verir.
Bu barədə icma məlumat yayıb.
Layihə “Qarabağnamə” adlanır. Həftədə bir dəfə ASAN Radio 100 FM dalğasında efirə gedəcək “Qarabağnamə” Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beynəlxalq məsələlər şöbəsinin müdiri Aybəniz İsmayılovanın təqdimatında efirə gedəcək. İcmanın ilk radio layihəsi olan “Qarabağnamə” Ermənistan tərəfindən məhv edilən tarixi, mədəni, dini irsimizin təbliği məsələlərini diqqətdə saxlayacaq.
Rəngarəng rubrikalarla dinləyicilərin görüşünə gələcək “Qarabağnamə” verilişində qaçqın və məcburi köçkünlərin qayğıları və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti ilə bağlı yeniliklər də dinləyicilərin diqqətinə təqdim ediləcək.
Rəylər