10 
Sen
2020
11:36
125
10
4510
Virtual karabakh

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilir

10 Sen, 2020
11:36
4510

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə vahid rüsum tətbiq ediləcək. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat komitənin iclasında bildirib ki, məsələ ilə bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Onun sözlərinə görə, minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı dövlət rüsumu hər il Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

“Layihəyə əsasən isə, bu mexanizm ləğv olunur. Bu rüsum hər il deyil, qanunla birdəfəlik müəyyən olunacaq”, - deyə o əlavə edib.

Layihəyə əsasən, yaxın qohumlara - ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılara -  bağışlanması halları istisna təşkil edir.

Bu istisnadan başqa hallarda isə müvafiq məsələ üçün 10 manat rüsum tətbiq olunması gözlənilir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri