Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirlikdən işğaldan azad olunmuş “Suqovuşan”ın əhəmiyyəti ilə bağlı AÇIQLAMA
“Məlum olduğu kimi, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti regionda ağır humanitar və ekoloji nəticələrə səbəb olub. İşğal altında olan ərazilərdə regionun təbii sərvətləri talan edilib”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilib:
“Regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulub. Burada əsas sahələr - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin məhv edilməsi, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi ümumi ekoloji zərərlər, o cümlədən, əhaliyə dəymiş mənəvi-ekoloji zərərləri vurğulamalıyıq.
Ölkəmizin mühüm su arteriyası olan Araz çayında suyun kimyəvi analizləri göstərir ki, son illər çirklənmə səviyyəsi mümkün normadan dəfələrlə artıq olub. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik su obyektlərimiz var və onlar böyük mənfi antropogen təsirlərə məruz qalır”.
U.Tağıyeva işğaldan azad edilən “Suqovuşan” su anbarı barədə də danışıb:
“Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kub metr olan “Suqovuşan” su anbarı işğaldan azad edilib. İşğal altında olduğu müddətdə Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonunun torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.
Hazırda “Suqovuşan” su anbarından suyun buraxılması təmin olunub və suların tənzimlənməsi nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlıq bərpa olunacaq. Hazırda çaydan saniyədə 11-12 kub metr su keçir”.
İlhamə Əbülfət
"Ağcabədi" teqi üzrə xəbərlər
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
- Ağcabədidə dəm qazından boğulma: Bir nəfər öldü, digəri xəstəxanalıq oldu
- Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
- Ağcabədidə yük maşını sexə çırpıldı
Rəylər