24 
Noy
2020
10:28
15
342
2277
Virtual karabakh

“Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur” - ÜST rəsmisindən XƏBƏRDARLIQ

24 Noy, 2020
10:28
2277

“Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur” - ÜST rəsmisindən XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur. Hazırkı dövrdə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığınn yaranmasına səbəb ola bilər”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır: 

“Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir.

Yüngül gedişli xəstəliklərdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil”.

O qeyd edib ki, COVID-19 pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb olub:

“Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri