Okt
2021
16:52
227
20
1543
Virtual karabakh

İşlək neft quyusundan kabel oğurlamaq istəyən şəxs yaxalandı - FOTO

8 Okt, 2021
16:52
1543

İşlək neft quyusundan kabel oğurlamaq istəyən şəxs yaxalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonu, “20-ci sahə” yaşayış massivində neft quyusundan oğurluğa cəhd olub.

Oxu.Az-ın məlumatına görə, gecə saat 03:40 radələrində üç nəfər Elçin Əzizov küçəsində yerləşən “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı mədən ərazisinin 2776 nömrəli işlək neft quyusunun elektrik naqillərini oğurlamağa çalışıb.

Onlar elektrik cərəyanından qorunmaq üçün xüsusi hazırlanmış, tutacağı plastmas, aşağı hissəsi isə metal olan alətlə elektrik paylayıcı lövhəyə müdaxilə edərkən neft obyektlərinin təhlükəsizliyini təmin edən mühafizəçilər tərəfindən aşkarlanıblar.

Oğruların ikisi qaçsa da, Astara rayon sakini Əlizadə Azər Azad oğlu mühafizəçilər tərəfindən yaxalanıb və Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə təhvil verilib.

Onların mədən ərazisində qanunsuz tikilən evlərdə yaşadığı bildirilir.

Qeyd edək ki, dəfələrlə “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində torpaq sahələrini zəbt etməklə qanunsuz tikilən evlərin neft hasilatı prosesinə ciddi maneələr yaratdığı bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri