Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Agentlikdən qazinin “əlillik dərəcəsi ala bilmirəm” iddialarına CAVAB - FOTO
Vətən müharibəsi qazisi ona əlillik dərəcəsinin təyin edilməməsindən şikayətçidir.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Vətən müharibəsində iştirak edən qazi Şəkərəliyev Sahib İlham oğlu aldığı xəsarətlərə görə ona əlillik dərəcəsinin təyin edilməməsinin səbəbi öyrənmək istəyir.
Məlumatda qeyd edilib ki, Ucarın Qazıqumlaq kəndindən olan S.Şəkərəliyev sentyabrın 21-də döyüşə yollanıb:
“Ağdərə, Tərtər, Suqovuşanda gedən döyüşlərdə könüllü şəkildə iştirak etmişəm. Döyüş zamanı yanıma minaatan mərmisi düşüb. Sol ayağımın bud sümüyü ortadan sınıb, dirsək nahiyəsindən qolum sınıb, gözlərimdə çəpləşmə yaranıb. Ayağımda, qolumda, sifətimdə xeyli sayda qəlpələr var ki, hələ çıxarmayıblar. İki dəfə Gəncə Beynəlxalq Xəstəxanasında, bir dəfə isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əməliyyat olunmuşam. Üçüncü əməliyyatda isə sümüyüm yararsız olduğu üçün ayağıma ömürlük mil qoyub, dörd yerdən “şurup” vurublar. Əsa olmadan gəzə bilmədiyim üçün işləyə də bilmirəm.
Ailəliyəm, 3 və 2 yaşlarında övladlarım var. Heç olmasa ən aşağı - II qrup əlillik dərəcəsi verilsə, ailəmi müəyyən qədər dolandırardım. Əlillik dərəcəsi ala bilmək üçün müraciət etsəm də, verilməyib”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əlilliyin qiymətləndirilməsi ixtisaslaşmış müalicə başa çatdıqdan sonra aparıla bilər:
“Ucar rayon sakini Şəkərəliyev Sahib İlham oğlu da 27.10.2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunarkən, onun müalicə müddətinin hələ başa çatmadığı müəyyən edilib. Bu səbəbdən mövcud qanunvericiliyə əsasən Sahib Şəkərəliyevin müalicənin davam etdirilməsi barədə qərar qəbul edilib. Qazimizin ixtisaslaşmış müalicəsi tamamlandıqdan sonra agentlik tərəfindən onun əlilliyinin qiymətləndirilməsi aparılacaq və müvafiq qərar veriləcək”.
Könül Cəfərli
"Tərtər" teqi üzrə xəbərlər
- Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular - Qətl hadisəsinin təfərrüatı
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Bu xəbərləri qaçırmayın: 15.10.2024-ün ən mühüm hadisələri
- 21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
- Tərtərdə altı nəfərlik dəstə həbs olundu: Aralarında sabiq deputatın qohumu da var
Rəylər