26 
Yan
2022
13:52
51
264
7691
Virtual karabakh

Nazir Mübariz Qurbanlının qardaşı oğluna yeni vəzifə verdi

26 Yan, 2022
13:52
7691

Nazir Mübariz Qurbanlının qardaşı oğluna yeni vəzifə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Emin Qurbanov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. 

E.Qurbanov işdən çıxarılaraq sərəncama götürülmüşdü. 

Qeyd edək ki E. Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri