“Azərbaycan meşələrinin 95 %-i dağlıq ərazilərdə yerləşir. Meşə yanğınlarının daha çox dağ ərazilərində qeydə alınmasının səbəbi də budur”.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda məlumat verib.
O bildirib ki, yanğınlar adətən yaşayış yerinə yaxın ərazilərdə, əkin və qış otlağı sahələrində baş verir:
“Bu da insan faktoru ilə təmasdan irəli gəlir. Baş verən yanğınlar əsasən yerüstü yanğınlardır. Son dövrlər Azərbaycanda kiçik və orta həcmli meşə yanğınları olsa da, böyük miqyaslı yanğınlar müşahidə edilməyib".
Könül Cəfərli
Rəylər