21 
Yan
2015
18:47
58
31
5283
Virtual karabakh

“Park Cinema”dan ittihamlara cavab

21 Yan, 2015
18:47
5283

“Park Cinema”dan ittihamlara cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Repertuarımıza komediya janrında film salmırıq”.

“Park Cinema” Kinoteatrlar şəbəkəsi tərkibinə daxil olan kinoteatrlarında “20 Yanvar Hüzn Günü” komediya filmlərinin nümayiş etdirilməsilə bağlı məlumatlara münasibət bildirib.

“Park Cinema” Kinoteatrlar Şəbəkəsinin direktoru Namiq Quliyevin Oxu.Az-a verdiyi məlumata görə, 20 Yanvar günü “Park Cinema”da komediya janrında film nümayiş olunmayıb.

Namiq Quliyevin sözlərinə görə, şəhidlərimizə, dövlətimizin müstəqilliyi uğrunda canından keçən insanlara hörmətsizlik haqda yayılan xəbərlər bizi təəssüfləndirir. 

““Park Cinema” həmişə bu məqamlara xüsusi diqqət yetirib. 20 Yanvar günü bütün ümumxalq matəm günlərində olduğu kimi, repertuarımıza komediya janrında film salmırıq. Bu dəfə də istisna olmadı. Hətta bu dəfə həmin gün kinoteatrlarımızın ziyarətçilərinə rejissor Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvar” filmi də təqdim olundu. “Park Cinema” Kinoteatrlar Şəbəkəsinin bütün zallarında (Park Cinema, Park Bulvar, Metropark, “Flame Towers”, Zaqulba) eyni cədvəl üzrə filmlər nümayiş olunub”.

Namiq Quliyev onu da əlavə edib ki, son repertuarda ancaq bir komediya filmi - “Xoxan” olub, o da 20 Yanvar günü cədvəllərdən çıxarılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri