Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kəlbəcərdə əsgərin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Kəlbəcərdə əsgər ölümü ilə bağlı fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hərbi Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər istintaq hərəkətləri həyata keçirilib.
Qurumdan qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
10:08
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Bu barədə Hərbi Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib:
“Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq”.
Qurumdan qeyd edilib ki, Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq, istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur.
İlhamə Əbülfət
"Kəlbəcər" teqi üzrə xəbərlər
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub
- Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ
- Əllərinin xınası getmədən toyundan iki ay sonra itkin düşmüş Təranə Zeynalovanın HEKAYƏSİ
- Kəlbəcərə ilk dəfə infotur təşkil edildi
Rəylər