İyl
2022
17:30
30
196
3631
Virtual karabakh

Dördzolaqlı yolun bir hissəsi qəbiristanlığa görə satılıb? - AÇIQLAMA + FOTO

5 İyl, 2022
17:30
3631

Dördzolaqlı yolun bir hissəsi qəbiristanlığa görə satılıb? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Babək prospektindən Yeni Günəşli qəsəbəsinə gedən yolun sağ tərəfi ilə istinad divarı çəkilir. Gözəl iş görürlər, alqışlansın. Hələ bir az da gecikmiş addımdır. Amma divarın çəkilişi qəbiristanlığın sahəsinin genişləndirilməsi məqsədinə xidmət edir”.

Bu barədə jurnalist Famil Cəfərli sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, uzunluğu təxminən 600 metr olacaq divarın çəkilişinə 2021-ci ilin martında başlanıb:

“Burada yolu göz görə-görə daraldıb qəbiristanın sahəsini genişləndirirlər. Yol iki metrədək daraldılıb. Hətta yolun qırağındakı işıq dirəkləri də artıq divarın o tayında qalıb. Divarı hələ axıra qədər çəkib qurtarmamış onun arxası tələm-tələsik torpaqla doldurulur. Bununla yeni məzar yerləri hazırlanır. Burada bir qəbir yerinin qiyməti isə 10-12 min manatdır”.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, ərazidə yol daraldılmayıb:

“Ərazidə torpaq sürüşməsinin qarşısını almaq üçün istinad divarı inşa edilir, başqa bir iş görülmür. Həmin yerdə betonlama işlərinə görə, müəyyən daralma var, konstruksiyalar götürüləndən sonra tərəfimizdən küçənin də əsaslı təmiri, yeni piyada səkilərinin inşası nəzərdə tutulur. Dörd hərəkət zolaqlı yol müasir görkəmdə istifadəyə veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri