Dek
2022
13:52
135
79
3221
Virtual karabakh

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə texniki seminar keçirilib - FOTO

5 Dek, 2022
13:52
3221

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə texniki seminar keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə klubun idman arenasında dekabrın 4-də karate üzrə texniki seminar keçirilib. 

Seminar Azərbaycan Karate Federasiyaları Assosiasiyasının I vitse-prezidenti, ikiqat dünya və Avropa çempionu, SSRİ çempionu və “SSRİ idman xadimi”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar idman ustası” fəxri adlarının və 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevin 60 illiyinə həsr olunub.

Tədbirdə Sumqayıt şəhəri və Abşeron rayonundan 300-ə yaxın uşaq, yeniyetmə və gənc karateçi iştirak edib.

Seminarın açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın suverenliyi və torpaqları uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Texniki seminarda çıxış edən Füzuli Musayev bildirib ki, ulu öndərin davamçısı, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti olduqdan sonra Azərbaycanda idman inqilabi mərhələyə daxil olub. İdmançılarımız beynəlxalq yarışlarda, Avropa, dünya çempionatları və Olimpiya oyunlarında çox böyük uğurlar qazanıb və ölkəmizin müqəddəs bayrağını xarici arenalarda dalğalandıraraq idman salnaməsini yazıblar. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karate idman növünün ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı əsas göstəricidir.

F.Musayev həmçinin karatenin sirrlərindən, döyüş texnikalarından, uşaq, yeniyetmə və gənclərin sağlam və vətənpərvər ruhda yetişməsindən söhbət açıb. Daha sonra texniki seminar yubilyarın rəhbərliyi altında davam etdirilib.

Seminarın sonunda karateçilərlə xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Füzuli Musayev Azərbaycanda karate idman növünün geniş yayılmasına həyatını həsr etməklə bərabər, beynəlxalq miqyaslı idman yarışlarında çox böyük nailiyyətlər qazanan bir sıra idmançılar hazırlayıb. Bu idmançılardan biri də uşaqlıq yaşından Füzuli Musayevin tələbəsi, beşqat dünya, 13 qat Avropa çempionu, Avropa və İslam oyunlarının qalibi, ölkəmizə ilk dəfə olaraq karate üzrə Olimpiya oyunlarının gümüş medalının sahibi, “Qara brilyant” ləqəbli Rafael Ağayevdir.

Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkar fəaliyyətinə, idmançıların ölkəmizi karate idmanı üzrə beynəlxalq yarışlarında layiqincə təmsil etməsinə, zəhmətinə və digər nailiyyətlərinə görə ölkə rəhbəri tərəfindən 2015-ci ildə “Fəxri diplom”la, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri