28 
Dek
2022
09:16
986
17
12054
Virtual karabakh

Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu: Aeroportdan qaytarıldı - VİDEO

28 Dek, 2022
09:16
12054

Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu: Aeroportdan qaytarıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Hazırda Seymur Talıbova məxsus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənara çıxararaq, biznes qurduğu məlum olub.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatıdır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri