16 
Mar
2023
13:56
364
18
4993
Virtual karabakh

İlk mərhələdə köçürülən ailələr Talış kəndinə çatıblar - YENİLƏNİB + FOTO/VİDEO

16 Mar, 2023
13:56
4993

İlk mərhələdə köçürülən ailələr Talış kəndinə çatıblar - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyük Qayıdış” proqramı çərçivəsində ilk mərhələdə köçürülən ailələr artıq Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə çatıblar.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüb.

Ailələri Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıblar.

Kəndə köçürülən sakinlər hazırda yeni evlərinə yerləşdirilirlər.

12:50

Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə “Böyük Qayıdış” proqramı çərçivəsində ilk mərhələdə köçürüləcək ailələr kəndə doğru yola çıxıblar.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına qayıdır.

Qeyd edək ki, Azərbaycan hökuməti Talış kəndində ilk mərhələ üzrə bərpa və quruculuq işlərini yekunlaşdırıb. “Azəriqaz” İstehsalat Birliyi kəndə 11,1 kilometr uzunluğunda yeraltı qaz xətti çəkib. Həmçinin Talış kəndinə köçəcək sakinlərlə görüşdə evlərin püşkatma mərasimi keçirilib. Görüşdə, həmçinin əhalinin məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr bağlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri