11 
May
2023
19:56
23
332
6096
Virtual karabakh

Bakıda çökən yolda bərpa işləri nə zaman həyata keçiriləcək? - YENİLƏNİB + VİDEO

11 May, 2023
19:56
6096

Bakıda çökən yolda bərpa işləri nə zaman həyata keçiriləcək? - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 8 Noyabr prospektində çökən yolla bağlı Avtomobil Yolları Dövlət Agentliyi açıqlama verib.

Qurumun sözçüsü Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, kommunikasiya xətləri yolların, küçələrin, prospektlərin altı ilə çəkildiyi üçün onlarda kiçik nasazlıqlar yarandığı zaman bir müddətdən sonra yolda çökmə hadisəsi baş verir:

“Sözügedən ərazidə aidiyyəti qurumların əməkdaşları birgə araşdırmalar aparırlar. Problem tam olaraq müəyyən edildikdən sonra ərazidə bərpa işləri həyata keçiriləcək”.

Daha ətraflı Baku TV-nin süjetində:

11:48

Bakıda 8 Noyabr prospektində yol çöküb. 

Oxu.Az xəbər verir ki, sözügedən ərazinin görüntüləri sosial şəbəkədə paylaşılıb. Hadisənin ötən gün baş verdiyi və hələ də ərazidə işlərin yekunlaşmadığı iddia edilir.

Belə ki, yolun çökməsi səbəbindən ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranıb, səhər saatlarında uzun tıxac yaranıb. 

Ərazidə “Azərsu” ASC-nin qəza xidmətinin əməkdaşları çalışırlar. Yolun çökməsinin səbəbi isə hələlik məlum deyil. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən istiqamətdə nəqliyyatın hərəkəti tənzimlənir:

“Sürücülərdən xahiş edirik ki, qeyd edilən ərazidən istifadə edərkən diqqətli olsunlar”.

"Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə dünən olub və dərhal qurum əməkdaşları hadisə yerinə baxış keçiriblər:

"Sözügedən ərazidə avtomobil yolunda çökən hissədə bizim quruma aid heç bir problem aşkarlanmayıb. Həmin çökmə baş verən yerin yaxınlığındakı quyuya baxış keçirilib. Orada heç bir nasazlıq, su axını aşkar olunmayıb. Hazırda AAYDA və "Azərsu" ASC-nin əməkdaşları tərəfindən ərazidə birgə araşdırmalar davam etdirilir".

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri