23 
Sen
2023
20:38
132
19
2444
Virtual karabakh

Bakıda “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” keçirilib - YENİLƏNİB + FOTO

23 Sen, 2023
20:38
2444

Bakıda “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” keçirilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 23-də Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik” konfransı çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” keçirilib.

Oxu.Az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov və "PROSOL" şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev çıxış ediblər.

Sonra tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” mövzusunda çıxış edib.

Toplantıda müxtəlif dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.

10:22

Bu gün Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik” konfransı çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” keçirilir.

Oxu.Az-ın məlumatına görə, tədbirdə dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin sahə üzrə təcrübə mübadiləsinə və informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsi aparılacaq.

Toplantıda müxtəlif dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər.

Daha çox şəkil burada: Photostock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri