24 
Yan
2024
12:52
112
15
3324
Virtual karabakh

Natəvanın əsrlərdir saxlanılan şəxsi dəftərindən görüntülər - VİDEO

24 Yan, 2024
12:52
3324

Natəvanın əsrlərdir saxlanılan şəxsi dəftərindən görüntülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq yazılı abidələrinin toplandığı mərkəzlərdən biridir. 

AzTV nadir nüsxələr saxlanılan Əlyazmalar İnstitutunda olub.

Süjetdə Əlyazmalar İnstitutunda saxlanılan Səfəvi imperiyasının hökmdarı II Şah Abbasın fərmanı, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə Xurşidbanu Natəvanın “Gül dəftəri - təsvirli şeirlər albomu” adlı şəxsi dəftəri,  Məşhur alim İbn Sinanın “Əl-qanun fit-tibb” adlı əsərinin əlyazması barədə məlumat verilib

İnstitutun həm sərgi, həm də əlyazmaların saxlanması üçün xüsusi otaqları var. 

İnstitutda ümumilikdə on iki min əlyazma saxlanılır. Burada əsərlərin əlyazmaları ilə yanaşı müxtəlif fərmanlar, məktublar və bir sıra tarixi sənədlər qorunur. Qorunan əsərlər sırasında ən zərif və ən incə əlyazma xan qızı Xurşidbanu Natəvanın “Gül dəftəri”dir.  Dəftərdə xan qızının çəkdiyi rəsmlər və şeirləri var.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri