24 
Sen
2018
12:14
173
63
10349
Virtual karabakh

Ronaldu Qurban Qurbanovun yolu ilə getdi

24 Sen, 2018
12:14
10349

Ronaldu Qurban Qurbanovun yolu ilə getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu bu gün FIFA-nın Böyük Britaniyanın paytaxtı Londonda təşkil edəcəyi “The Best” mükafatlandırma mərasiminə getməyəcək.

Oxu.Az xəbər verir ki, ötən il bu titula yiyələnmiş ulduz futbolçu budəfəki tədbirə qatılmamasına səbəb kimi komandanın oyunlarının sıx qrafikdə olmasını əsas gətirib. 

Həmçinin millimizin baş məşqçisi Qurban Qurbanov da həmin səbəbdən mərasimə qatılmaqdan imtina edib. AFFA-nı bu tədbirdə baş katib Elxan Məmmədov və qurumun almaniyalı texniki direktoru Bernhard Lipert təmsil edəcək. 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasimdə futbolçulardan Luka Modriç (“Real”), Məhəmməd Salah (“Liverpul”) və Kriştianu Ronaldunun, baş məşqçilərdən Didye Deşam (Fransa millisi), Zinəddin Zidan (“Real”ın sabiq çalışdırıcısı) və Zlatko Daliçin (Xorvatiya yığması) ən yaxşı olduğu müəyyənləşdiriləcək.

Həmçinin tədbirdə ən yaxşı qadın baş məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa, FIFA-nın “Fair Play” mükafatı təqdim ediləcək və ilin simvolik komandası açıqlanacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri