Apr
2019
23:33
162
21
3178
Virtual karabakh

Daha bir monqol idmançı yığmamızdan uzaqlaşdırıldı - ÖZƏL

2 Apr, 2019
23:33
3178

Daha bir monqol idmançı yığmamızdan uzaqlaşdırıldı - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə qadın millimizin monqolustanlı üzvlərindən biri komandamızdan göndərilib.

Oxu.Az-ın xəbərinə görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Purevsuren Buyanxişiq zəif nəticələri səbəbindən vətəninə yola salınıb.

Qeyd edək ki, Purevsuren Buyanxişiq 2017-ci ildə həmyerliləri – Erdenebat Bazarraqçaa (-48 kq) və Munxtsedev İçinxorlu (-57 kq), o cümlədən, ukraynalı İrina Kindzerskaya (+78 kq) ilə birgə komandaya cəlb olunmuşdu.

Erdenebat Bazarraqçaa Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olsa da, ötən il zəif nəticələrinə görə komandadan göndərildi. İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanmış Purevsuren Buyanxişiq isə ötən ilin noyabrında keçirilmiş Azərbaycan çempionatında Gültac Məmmədəliyevaya uduzaraq gümüş medalla kifayətlənib. 

21 yaşlı idmançı bu il Təl Əviv Qran Prisi və Paris Böyük Dəbilqə turnirlərində iştirak edib. Lakin onun zəif çıxışı (adətən ilk görüşündəcə uduzaraq mübarizəni dayandırıb – S.M.) Azərbaycan Cüdo Federasiyasının onunla əməkdaşlığa davam etməmək qərarına gəlməsinə səbəb olub.

Artıq onun yerinə yeni legioner də cəlb olunub. Bu, 23 yaşlı rumıniyalı Aleksandra-Larisa Floriandır. O, iki il əvvəl Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. Əvvəllər Florian yeniyetmələr və 23 yaşadək cüdoçular arasında Avropa çempionu olub, Dünya Turu Seriyalı yarışlarda (Masters, Böyük Dəbilqə və Qran-Prilər) yeddi medal qazanıb.

O, artıq ötən ayın əvvəlləri Praqa Avropa Açıq Çempionatda və Mərakeş Qran-Prisində Azərbaycan adından iştirak edib. Həmin yarışlarda medalsız qalan rumıniyalı legioner aprelin 5-də Antalya Qran-Prisində Azərbaycan adından ilk uğurunu qazanmağa çalışacaq.

Yeri gəlmişkən, bu xəbəri federasiyadan da təsdiqləyiblər.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri