29 
May
2019
16:36
398
82
6978
Virtual karabakh

Bakıdakı final Ermənistanda da göstəriləcək - YENİLƏNİB

29 May, 2019
16:36
6978

Bakıdakı final Ermənistanda da göstəriləcək - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının finalını yayımlayacaq telekanalların sayı açıqlanıb.

UEFA-nın saytının məlumatına görə, 204 telekanal bu matçı işıqlandıracaq.

Bunlardan 48-i Avropa, 156-sı qeyri-Avropa telekanallarıdır. Rusiyada Bakıdakı finalı “Matç TV” göstərəcək. Ermənistanda isə “Shant TV” Bakıdakı finalı canlı yayımlayacaq.

Yeri gəlmişkən, Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq.

İndiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq. Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoIP (Audio-over IP) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.

15:17

Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqası finalını 40-a yaxın TV şirkəti işıqlandıracaq.

Bu barədə Oxu.Az-a AFFA-dan məlumat verilib.

Azərbaycandakı finalı 300-dən artıq media qurumu stadiondan işıqlandıracaq. Bunların içərisində yerli və xarici media orqanları var.

Qeyd edək ki, “Arsenal” və “Çelsi” bu gün finalda qarşılaşacaq. Final görüşü saat 23:00-da başlayacaq. Bu görüşü Azərbaycanda “CBC Sport” canlı yayımlayacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri