Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” Paralimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.
Oxu.Az-ın xəbərinə görə, parapauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən parapauerliftinq üzrə dünya çempionatında Elşən Hüseynov bu gün yarışlara qatılıb.
107 kq çəki dərəcəsində yarışan idmançımız 217 kq ağırlıq qaldırıb.
E.Hüseynov belə bir nəticə göstərməklə dünya reytinqində 4-cü yerini möhkəmləndirib və Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.
Səbuhi Musayev
Rəylər