Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nizami Hacıyev dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı
Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında keçirilən taekvondo üzrə dünya birinciliyində Azərbaycan ilk medalını qazanıb.
Oxu.Az xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan Nizami Hacıyev bürünc medala sahib olub.
Yığmamızın üzvü ilk döyüşündə Honq Konq, sonra Qazaxıstan, daha sonra Misirdən olan idmançıya qalib gəlib. Yarımfinalda isə onun rəqibi olan Bolqarıstan idmançısı keçilməz olub. Nəticədə, idmançımız bürünc medalla kifayətlənib.
Qeyd edək ki, yarışlar daha iki gün davam edəcək.
"Misir" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər