15 
Avq
2019
02:11
216
57
5580
Virtual karabakh

“Liverpul” Avropanın ən güclüsü oldu - VİDEO

15 Avq, 2019
02:11
5580

“Liverpul” Avropanın ən güclüsü oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada 2019-cu ilin ən güclü klubunun adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, bu, “Liverpul” olub.

Bu gün İstanbulda keçirilən "Liverpul" - "Çelsi" görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Fransalı hücumçu Olivye Jirunun qoluna ikinci hissənin əvvəllərində mersisaydlıların seneqallı futbolçusu Sadio Mane cavab verib.

Əlavə 30 dəqiqədə komandalar yenə hərəyə bir qol vurub. Mane dubl edib. Lakin "Liverpul"un qapısına təyin olunmuş penaltini İtaliya millisinin braziliyalı yarımmüdafiəçisi Jorjinyo dəqiq yerinə yetirib. Beləliklə, 120 dəqiqə 2:2 hesabı ilə başa çatıb.

Penaltilər seriyası ən güclünü müəyyənləşdirməli olub. “Çelsi”dən hücumçu Tami Abrahamın penaltini qaçırması həlledici olub.

Bununla da “Liverpul” tarixində dördüncü dəfə UEFA Super Kubokunu qazanıb.

“Liverpul”a medal və kubok təqdim olunarkən qazaxıstanlı ayaqları amputasiya olunmuş Əli Turqanbəyov da iştirak edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri